Rusiyanın Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RBK Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Mənbələr həmçinin İ.Kivanın odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü bildirib.
Qeyd edək ki, ötən ilin martında Ukrayna Dövlət İstintaq Bürosu İlya Kivanın milli axtarışa verilməsi üçün lazımi sənədlər paketini toplayıb. Həmçinin bildirilib ki, Lvov məhkəməsi həmin ilin yazında sabiq deputatı qiyabi həbs edib və əmlakı müsadirə olunmaqla onu 14 il müddətinə azadlıqdan məhrum edib.
Keçmiş siyasətçinin axtarışda olduğu müddətdə Rusiyada gizləndiyi bildirilir.
Gununsesi.info