Ukrayna Almaniyadan da lend-liz istəyir

  • By admin
  • 01 May 2022 16:16

Ukrayna Almaniyanın da ABŞ-ın ardınca lend-liz haqqında qanunu qəbul etməsini istəyir.

Gununsesi.info  xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

Onun sözlərinə görə, Ukraynada müharibə gedir, buna görə də tez qərar qəbul edilməlidir.

“Almaniya çox uzun müddətdir ki, özü ilə mübarizə aparır, hökumət isə özünə haqq qazandırmağı yaxşı bacarır. Biz tez bir zamanda 88 ədəd “Leopard” tankları, 100 ədəd “Marder” zirehli maşını, özüyeriyən haubitsalar və çoxlu texnikalar istəyirik. Biz Avropada son 80 ilin ən böyük müharibəsini yaşayırıq. Daha 30 və ya 100 tankla bu müharibəni qazana bilməzsən. Əhəmiyyətli olan, ABŞ qanununa bənzər alman lend-liz qanunu və Rusiyaya qarşı uzunmüddətli ittifaqdır”, – səfir bildirib.

Gununsesi.info