Ukrayna Almaniyadan silah ala bilər

  • By admin
  • 14 Dekabr 2021 16:27

“Diplomatiyanın köməyi ilə NATO-nun Dəstək və Təchizat Agentliyi üzərindən Almaniyadan silah alınması məsələsini həll etmək olar”.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə açıqlamasında deyib.

“Hətta mən Avropa və avro-atlantik inteqrasiya üzrə Baş nazirin müavini olanda da biz Ukraynanın NATO-nun müdafiə təchizatı sisteminə daxil olması üçün çalışırdıq. Biz bu problemi həll etdik. Ukrayna bunu əldə edib. Bu o deməkdir ki, Ukrayna Müdafiə Nazirliyi birbaşa olaraq müttəfiqlərdən silah və ya hərbi texnika ala bilər. Lakin bu alqı-satqı avtomatik baş vermir. Onların siyasi razılığa ehtiyacı var”, – XİN başçısı söyləyib.

Nazirin sözlərinə görə, Ukrayna Alyansın bəzi üzvləri ilə bu prosesin necə baş verəcəyi ilə bağlı müəyyən müzakirələr aparır.

“Əminəm ki, biz indi diplomatlar kimi bu barədə onlarla ikitərəfli səviyyədə danışmalıyıq, ona görə bunun həllolunmaz olduğunu sanmıram. Biz bunu danışıqlarda tam həll edə bilərik. Ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə bu məsələni müzakirə edirdik və qənaətə gəldik ki, diplomatik danışıqlar istənilən vəziyyətin həllini axtarmaq üçün kifayət edəcək”, – D.Kuleba vurğulayıb.

Gununsesi.info