Ukrayna aviaşirkəti Bakıya uçuşları dayandırır

  • By admin
  • 02 Yanvar 2022 22:30

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye – Bakı – Zaporojye uçuşlarını dayandırır.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Dövlət Aviasiya Xidməti aviaşirkətin özünün müraciəti əsasında “SkyUp”ın Zaporojye şəhərindən Azərbaycan və Türkiyəyə iki reys üzrə lisenziyasını ləğv edib.

Bununla da, şirkət Zaporojye – Bakı – Zaporojye və Zaporojye – İstanbul – Zaporojye uçuşlarının həyata keçirilməsinə son qoyub.

HTML tutorial

Uçuşların hansı səbəbdən dayandırıldığı açıqlanmayıb.

 

Gununsesi.info