Ukrayna Avropaya elektrik enerjisi ixracını DAYANDIRIR

  • By admin
  • 10 Oktyabr 2022 21:28

Oktyabrın 11-dən Ukrayna öz enerji sistemini stabilləşdirmək üçün elektrik enerjisi ixracını dayandıracaq.

Bu barədə Gununsesi.info Ukrayna Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, buna səbəb Rusiyanın ölkənin enerji obyektlərinə kütləvi raket zərbələri endirməsi olub.

“İstilik istehsalı və elektrik yarımstansiyalarını vuran bugünkü raket hücumları Ukraynanı öz enerji sistemini sabitləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur edir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Ukraynanın Aİ-yə sinxronizasiyadan sonra, eləcə də ayrı-ayrı xətlər vasitəsilə Moldova və Polşaya ixrac etdiyi elektrik enerjisi Avropanın Rusiya qazını əvəz etməsinə kömək edib və Avropa enerji sisteminin sabitliyini dəstəkləyib.

“Və buna görə də Rusiya bizim enerji sistemimizi məhv edir, Ukraynadan elektrik enerjisi ixrac etmək imkanını məhv edir”, – energetika naziri Herman Qaluşenko bildirib.

Xatırladaq ki, bu gün Rusiya Ukraynanın 11 vilayətində və Kiyevdə enerji infrastrukturu obyektlərini raketlərlə vurub.

Gununsesi.info