
“Biz Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitində maraqlıyıq. Bunun üçün bütün zəruri texniki şərait yaradılıb”. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasındakı çıxışında deyib. G. Zubko əlavə edib ki, iclas çərçivəsində Ukraynanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının yatırılması müzakirə olunub.
Gülnaz Qənbərli