Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti AÇIQLADI

  • By admin
  • 03 Yanvar 2023 11:31

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyət barədə məlumat yayıb.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, məlumatda Rusiya qoşunlarının Baxmut istiqamətində irəliləməyə çalışması qeyd olunub.

Bildirilib ki, Avdeevka və Liman bölgələrində rus ordusu taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, Novopavlovskda isə güclənməyə cəhd edir.

“Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin Luqansk və Donetsk vilayətlərinin 13 yaşayış məntəqəsinə hücumlarını dəf edib. Gün ərzində Rusiya qoşunları Ukraynaya 6 raket zərbəsi və 52 hava zərbəsi endirib. Bütün raketlər və 30 digər hava zərbələrində mülki infrastruktur hədəf alınıb. Rusiya ordusu havaya 27 zərbə dronu buraxıb. Onların hamısı zərərsizləşdirilib. Dekabrın 31-də Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Çulakovka kəndinə hücumundan sonra 500-ə yaxın rus hərbçisi yaralanıb və ya ölüb”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info