Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini MƏHV ETDİ - VİDEO

  • By admin
  • 03 Sentyabr 2023 20:00

Ukrayna müdafiəçiləri Qara dənizdə “KS-701 Tunets” tipli kateri məhv ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qara dənizin şimal-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-dəniz aviasiyasının düşmən şəxsi heyətini yerə endirmək cəhdi zamanı “KS-701 Tunets” tipli düşmən kateri məhv edilib. Düşmənin altı hərçisi məhv edilib, iki yaralanıb”, – məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya məhv ediləb kater vasitəsi ilə şəxsi heyətini quruya keçirməyə cəhd edib.

Əməliyyatın görüntüləri paylaşılsa da, hadisənin dəqiq tarixi bildirilməyib.

Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyatda istifadə olunan PUA “Bayraktar TB2” olub.

Gununsesi.info