
Ukrayna Hərbi Hava Qüvvələri rəsmiləri ötən gecə Rusiya tərəfindən buraxılan İran istehsalı olan 40 İHA-dan 35-nin vurulduğunu açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bildirilib ki, Rusiya tərəfindən üç “İsgəndər-M” ballistik raketi və daha iki qanadlı raket buraxılıb.
İki qanadlı raketin Ukraynanın atdığı “əks-tədbirlər” səbəbiylə hədəflərinə çata bilmədiyi iddia edilərkən, üç “İsgəndər-M” ballistik raketinin hara düşdüyü və hər hansı bir zərər verib-vermədiyi ilə bağlı detallar paylaşılmayıb. Bundan əlavə, heç bir ölkə hücumlar zamanı itkilər barədə məlumat verməyib.
Ukrayna prezidenti Vladimir Zelenski X sosial media platformasında yazıb ki, Rusiya tərəfindən buraxılan İran istehsalı olan “Şahed” kamikadze dronlarının əhəmiyyətli bir hissəsi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Afət Abbasova
Gununsesi.info