Ukrayna daha 20 yaşayış məntəqəsini azad etdi

  • By admin
  • 12 Sentyabr 2022 09:30

Ukrayna Silahlı Qüvvələri son sutkada 20-dən çox yaşayış məntəqəsini azad edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

“Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub”, – deyə  məlumatda qeyd olunub.

Gununsesi.info