Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi

Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov təsdiqləyib.

HTML tutorial

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Gununsesi.info