Ukrayna deputatlarında koronavirus aşkarlanıb

  • By admin
  • 16 Noyabr 2020 15:45

Ukrayna parlamentinin 27 üzvündə COVID-19 virusunun aşkalanması ilə bağlı bu həftə bəzi iclaslar təxirə salınır.

Gununsesi.info  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlamentin sədr əvəzi Olena Kondratiuk bildirib.

Onun dediyinə görə, bütövlükdə indiyədək 90-dan artıq deputat virusa yoluxaraq sağalıb.

Hazırda parlament Aparatının da 24 əməkdaşı koronavirusa tutulub.

Verilən qərara əsasən, noyabrın 17-də parlament sessiyası tam şəkildə keçiriləcək, 18-i, 19-u və 20-də isə yalnız komitələr fəaliyyət göstərəcəklər.

 

 

Gununsesi.info