Ukrayna dilindən məcburi istifadə qüvvəyə mindi

  • By admin
  • 16 Yanvar 2022 23:12

Ukraynada yanvarın 16-dan Ukrayna dilindən məcburi istifadə tələbi qüvvəyə minir.

Gununsesi.info bildirir ki, “Dil haqqında” yeni qanuna görə,  dövlət və regional çap mediasının naşirlərinə məhsullarını başqa dillərdə, məsələn, rus dilində buraxmaq qadağan edilmir, lakin bu hüquqdan istifadə etmək istəyən naşirlər eyni tirajı Ukrayna dilində də nəşr etməlidirlər.

HTML tutorial

Yerli media üçün oxşar tələb daha sonra, 16 iyul 2024-cü ildə qüvvəyə minəcək. Bu, Ukraynanın yerli xalqlarının dillərində, habelə ingilis və Avropa İttifaqınin digər rəsmi dillərində nəşr olunan çap mediasına şamil edilməyəcək.

Bundan əlavə, 2022-ci il iyulun 16-dan kompüter proqramlarının interfeyslərində, eləcə də rəsmi saytlarda və sosial şəbəkələrdəki səhifələrdə Ukrayna dilindən istifadə məcburi olacaq.

Dpa agentliyinin məlumatına görə, Ukraynada sonuncu rusdilli qəzet olan “Vesti” yanvarın 10-da Ukrayna dilinə keçib.

Gununsesi.info