Ukrayna Donbasa görə BMT-yə müraciət etdi

Ukrayna Donbasda gərginliyin artmasına görə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumat Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyinin Tvitter səhifəsində paylaşılıb.

HTML tutorial

“BMT Təhlükəsizlik Şurasındakı tərəfdaş üzvlərimizi Donbasda təhlükəsizlik situasiyasının gərginləşməsi və Rusiyanın işğal edilmiş ərazilərdə və Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artırmasıyla bağlı məlumatlandırdıq. Onların dəstəyini qiymətləndiririk. Əminik ki, birgə səylər və Rusiyaya təzyiq hərbi inyeksiyasının qarşısını almağa imkan verəcək”, – deyə bəyanatda bildirilib.

Gununsesi.info