
“Ukrayna ordusu hələ ki şərq istiqamətində əks-hücuma keçə bilməz”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, buna səbəb silah çatışmazlığıdır.
“Hələlik əks-hücumu başlada bilmərik. Tank, artilleriya və “HIMARS” sistemləri olmadan cəsur döyüşçülərimizi ön cəbhəyə göndərə bilmərik”, – deyə Zelenski qeyd edib.
O, ölkəsinin hazırda öz tərəfaşdaşlarından silah göndərilməsini gözlədiyini bildirib.
Gununsesi.info