
Ukrayna onu NATO standartlarına yaxınlaşdıracaq islahatlara hələ yaxınlaşmadığını açıqlayıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo parlament komissiyalarının birgə iclasında deyib.
“Təbii ki, biz 2008-ci ildə Buxarest sammitində Kiyev və Tbilisinin üzvlüyünü nəzərdə tutan “açıq qapı” prinsipindən imtina edə bilmərik. Amma bunun Rusiya üçün “qırmızı xətt” olduğunu da bilirik”, – o vurğulayıb.
Ukraynanın NATO standartlarına keçidinin ləngidiyini söyləyən nazir Rusiyaya qarşı planlaşdırılan sanksiyaların ölkə iqtisadiyyatına mümkün mənfi təsirlərindən narahatlıq da ifadə edib.
Gununsesi.info