
Ukrayna Silahlı Qüvvələri rus polkovnik-leytenant Yuri Aqarkovu məhv edib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat yayıb.
“Döyüşlər zamanı 76-cı desant-hücum diviziyasının 2 hərbçisi həlak olub: Yuri Aqarkov və Konstantin Zizevski” – o qeyd edib.
Aqarkov Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən 33-cü motoatıcı alaya komandirlik edib. O, həmçinin 56-cı Qvardiya Hava Desant Alayının qərargah rəisi vəzifəsində çalışıb.