Ukrayna hərbi kəşfiyyatının rəisi Putinə sui-qəsd cəhdlərinin olduğunu açıqlayıb

  • By ilhame
  • 13 İyul 2024 22:17

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdləri olsa da, onların hamısı uğursuz alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Budanov Ukraynanın “New Voice” nəşrinə müsahibəsində bildirib.

 

Lakin o, konkret hansı hallardan danışdığını dəqiqləşdirməyib.

 

“Onlar (sui-qəsd cəhdləri – red.) olub, lakin gördüyünüz kimi, indiyə qədər uğursuz olublar”, – BKİ-nin rəisi qeyd edib.

Gununsesi.info