Ukrayna hərbçiləri rusların daha bir helikopterini vurdu

  • By admin
  • 07 Mart 2022 18:55

Kiyev vilayətinin Vışqorod şəhərində Ukrayna hərbçiləri düşmənin daha bir helikopterini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

“Vışqorod. Mənfi bir düşmən helikopteri. Qələbə üçün birlikdə”, – məlumatda deyilir.

UNİAN-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Vışqoroda hücuma hazırlığı davam edir. Həmçinin, düşmən Qostomel, İrpen, Stoyanka yaşayış məntəqələrinə hücumu bərpa etməyə hazırlaşır.

 

Gununsesi.info