Ukrayna hərbçiləri yüksək rütbəli rus zabitini MƏHV ETDİ/FOTO

  • By admin
  • 09 Mart 2022 12:40

Ukrayna Silahlı Qüvvələri rus polkovnik-leytenant Yuri Aqarkovu məhv edib. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat yayıb.

“Döyüşlər zamanı 76-cı desant-hücum diviziyasının 2 hərbçisi həlak olub: Yuri Aqarkov və Konstantin Zizevski” – o qeyd edib.

Aqarkov Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən 33-cü motoatıcı alaya komandirlik edib. O, həmçinin 56-cı Qvardiya Hava Desant Alayının qərargah rəisi vəzifəsində çalışıb.

Gununsesi.info