Ukrayna hərbçilərinə Donbasda atəşi dayandırmaq əmri verildi

  • By admin
  • 27 İyul 2020 12:21

Ukrayna Silahlı Qüvvələrinin Birgə Qoşunlarının komandanı Sergey Nayev Donbasda atəşkəs rejiminə əməl edilməsi barədə əmr imzalayıb.

Bu barədə iyulun 27-də Birgə Qüvvələr Əməliyyatının Mətbuat mərkəzi “Facebook” səhifəsində məlumat verib:

“Üçtərəfli Əlaqə Qrupunun 22 iyul 2020-ci il tarixli qərarına əsasən, Birgə Qüvvələr Komandanlığı 26 iyul 2020-ci ildə atəşkəsin tam və hərtərəfli yerinə yetirilməsi ilə bağlı əmr verildiyini elan edib”.

Birgə Qüvvələr Komandanlığı atəşkəs əmrinin Üçtərəfli Əlaqə Qrupu tərəfindən müəyyən edilmiş tədbirlərə uyğun olduğunu və 27 iyul 2020-ci ildə, saat 00:00-dan etibarən qüvvəyə mindiyini təsdiqləyir.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ildə başlayıb.

Gununsesi.info