Ukrayna hökuməti bu seriala görə “Netflix”ə qəzəblənib

  • By admin
  • 17 Yanvar 2022 11:18

Ukrayna hökuməti “Emili Parisdə” şousunda Kiyevdən olan personajın təhqiredici təsvirinə görə “Netflix”ə məktub göndərilib.

Gununsesi.info xəbər verir ki, ukraynalı pərəstişkarlar ölkə haqqında sərt stereotiplərə sadiq bir personajın seriala daxil edilməsini birmənalı qarşılamayıb.

Daria Pançenkonun canlandırdığı Petra serialın dördüncü epizodunda şounun titul personajı Emili ilə sinif yoldaşı kimi təqdim olunur.

Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko Petranın xarakteristikası ilə bağlı məsələni müzakirə etmək üçün 35 milyard avro dəyərində olan yayımçı ilə əlaqə saxlayıb.

Gununsesi.info