Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtlər nələrdir? - PUTİN AÇIQLADI

  • By admin
  • 28 Fevral 2022 21:04

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb.

Gununsesi.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında bildirib.

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, – deyə məlumatda qeyd olunub.

 

 

Gununsesi.info