“Ukraynada mümkün atəşkəs ideyasını yanlış hesab edirik”.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell deyib.
Borrell Ukraynadakı münaqişənin Transatlantik birliyi gücləndirdiyini bəyan edib:
“Biz Ukraynanın məğlub olacağı, Qərbin dəstəyinin davam etməyəcəyi kimi fikirləri dəfələrlə eşitmişik. Bu fikirlər 2022-ci ildə də səhv idi, hələ də belədir. Biz sadəcə Ukrayna ilə bağlı siyasətimizin bəlli olmasına imkan vermirik”.
Diplomat münaqişənin həllində kompromisə getmək barədə fikirləri də yalanlayıb.
Gununsesi.info