Ukrayna ilə bağlı yeni plan ortaya çıxdı

  • By admin
  • 27 Fevral 2024 14:49

Slovakiyanın baş naziri Robert Fiko bəyan edib ki, bəzi Avropa İttifaqı (Aİ) və NATO üzvü olan ölkələr Ukraynaya qoşun göndərməyi müzakirə edirlər.

Gununsesi.info xəbər verir ki, Nazirlər Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Fiko Slovakiyanın heç bir halda Ukraynaya qoşun göndərməyəcəyini bildirib.

“NATO və Aİ-yə üzv olan bir çox ölkələr ikitərəfli səviyyədə öz qoşunlarını Ukraynaya göndərməyi düşünür”, – deyə Fiko bunda böyük təhlükəsizlik riskləri gördüklərini vurğulayıb.

Ukraynadakı müharibənin hərbi yolla həll edilə bilməyəcəyini təkrarlayan Fiko ölkəsinin ölümlə nəticələnməyən yardımları davam etdirəcəyini deyib.

Slovakiyanın Ukraynada minalardan təmizləmə sahəsində dəstəyini davam etdirəcəyini qeyd edən Fiko ölkəsinin Ukraynaya heç bir silah və hərbi sursat göndərməyəcəyini bir daha qeyd edib.

 

Gununsesi.info