Ukrayna ilə Rusiya arasında ən böyük əsir mübadiləsi

  • By ilhame
  • 03 Yanvar 2024 22:11

Ukrayna 200-dən çox ukraynalı hərbçini və mülki vətəndaşı Rusiya əsirliyindən geri qaytarıb.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, bunlar əsgərlər, çavuşlar, zabitlər – Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri, sərhədçilərdir. Onların bəziləri Mariupol və “Azovstal”dakı döyüşlərdə iştirak edib.

“Ukrayna əsirlikdən 230 ukraynalı hərbçi və mülki vətəndaşı vətənə qaytarıb – bu, bütün mübadilələrin ən böyüyüdür”, Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı bildirib.

Məlumata görə, geri qaytarılanlar arasında həm Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təsdiq edilmiş rəsmi hərbi əsir statusu olanlar (182 nəfər), həm də itkin düşmüş hesab edilən və “axtarış” statusuna malik 48 nəfər Ukrayna hərbçiləri də var.

Ukrayna Ombudsmanı Dmitri Lubinets bildirib ki, 230 ukraynalı məhbus “artıq evdədir”.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin 248 hərbçisi Ukrayna əsirliyindən qayıdıb.

Departament bunun “BƏƏ-nin humanitar xarakterli vasitəçilik iştirakı sayəsində mümkün olduğunu” söyləyib.

Müdafiə Nazirliyi onu da əlavə edib ki, hərbi qulluqçular müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə idarənin tibb müəssisələrinə aparılacaq.

Gununsesi.info