Ukrayna ilə bağlı tələb: Təcili iclas keçirilsin!

  • By admin
  • 27 Fevral 2022 21:57

Norveç və BMT Təhlükəsizlik Şurasının bir sıra dövlətləri sabah Ukraynadakı humanitar vəziyyətlə bağlı təcili iclas keçirilməsini istəyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

“Norveç, ABŞ, Albaniya, Fransa, Böyük Britaniya, Meksika, İrlandiya Ukraynadakı humanitar böhranı həll etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edirlər”, – qeyd olunur.

Gununsesi.info