Ukrayna ilə Rusiya arasında danışıqların ikinci mərhələsinin mümkün vaxtı bəlli olub

  • By admin
  • 01 Mart 2022 15:56

Ukrayna ilə Rusiya arasındakı danışıqların ikinci mərhələsi martın 2-də keçirilə bilər.

Gununsesi.info Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Xatırladaq ki, danışıqların dünən keçirilən birinci mərhələsi 6 saatadək davam edib. Danışıqlara münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski hələlik istədikləri nəticəni əldə etmədiklərini bildirib.

 

Gununsesi.info