Ukrayna ilə danışıqlar üçün ən yaxşı yer müəyyənləşdirilib

İtaliyanın baş naziri Jorja Meloni deyib ki, Vatikan Ukraynadakı münaqişə ilə bağlı danışıqlar aparmaq üçün ən yaxşı yerdir.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Antonio Spadaronun “Katolik sivilizasiyası” , kitabının təqdimatı zamanı Meloni Vatikanı, Ukrayna münaqişəsi üzrə danışıqlar məkanı kimi dəstəklədiyini açıqlayıb. “Mən inanıram ki, Müqəddəs Taxt-tac bu münaqişəyə yaxşı mənada təsir edə bilər və yaxın müddətdə bu münaqişə sülhlə həll olunar. Biz müdafiə olunanlara köməklik etməliyik”- o bildirib.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info