Ukrayna ilkə İMZA ATDI

Oktyabrın 11-də Almaniya vəd edilmiş dörd “IRIS-T” hava hücumundan müdafiə sistemindən (SLM) birincisini Ukraynaya təhvil verib.

Bu barədə Gununsesi.info “Spiegel”ə istinadla xəbər verir.

HTML tutorial

Alman nəşrinin məlumatına görə, ötürmə oktyabrın 11-də Ukrayna-Polşa sərhədi yaxınlığında baş verib. Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub.

Qeyd edək ki, “IRIS-T”nin tədarükü noyabrda başlamalı idi, lakin oktyabrın 10-da Almaniyanın müdafiə naziri Kristin Lambrext Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumundan sonra yaxın bir neçə gündə təhvil veriləcəyini açıqlamışdı.

“IRIS-T” (SLM) hansı üstünlüklərə malikdir?

“IRIS-T “Almaniyada istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemidir. Bu hava hücumundan müdafiə sistemlərinin inkişafı yalnız 2014-cü ildə tamamlandı. Onlar ilk növbədə mülki əhalini raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Raket

“IRIS-T” raketi onu hədəfə doğru istiqamətləndirən infraqırmızı başlıqla təchiz edilib. Eyni zamanda, buraxılan zaman arxada heç bir iz qoymur və varlığını ortaya çıxarmır. Raket 40 km-ə qədər olan hədəfi vura bilər.

Radar

Almaniyanın Ukraynaya verdiyi “IRIS-T” sistemləri, ehtimal ki, alman TRML-4D radarları ilə təchiz olunub. Onlar real vaxt rejimində 500-dən çox hədəfi izləyə bilirlər. 250 km məsafədə radar artıq təyyarəni aşkar edir, 120 km-də isə artıq hədəfi müşayiət edir və raketləri istiqamətləndirir.

Gununsesi.info