Ukrayna irəliləyir, Kreml aşağılayıcı bəyanatlara keçir – SON DURUM

Kreml Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinə dair aşağılayıcı bəyanatlar verir, Rusiyanın Ukraynada böyük hərbi uğurları görüntüsünü saxlamağa çalışır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

HTML tutorial

Ekspertlər qeyd edirlər ki, Kiyev hərbçilərin hərəkət istiqamətləri barədə susur. Qərb KİV-ləri artıq işğaldan çıxarılan bir sıra yaşayış məntəqələrinin azad olunduğunu elan edib.

Bunun fonunda Kreml Ukrayna ordusunun uğurlarını guya hərbi fəthləri ilə ört-basdır edərək, aşağılayıcı bəyanatlar verməyə çalışır.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusu qrupunun təchizat marşrutlarını kifayət qədər uğurla vurmağa davam edir. Peyk görüntülərini qiymətləndirən analitiklərin fikrincə, hazırda sursat və avadanlıqların ötürülməsinin əsas yollarından istifadə edilmir.

Gununsesi.info