“Ukrayna İran üçün qanuni hədəfə çevrilib” - Əzizi Kiyevi təhdid etdi

Ukrayna İsrailə dron dəstəyi verməklə faktiki olaraq müharibənin tərəfinə çevrilib.

Gununsesi.info  xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi özünün X sosial media səhifəsində bildirib.

“İsrail rejimini dronlarla dəstəkləməklə, dağılmış Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib”, – deyə Əzizi yazıb.

İranlı deputat paylaşımı Volodimir Zelenski və Benyamin Netanyahunun birgə fotosu ilə təsvir edib.

Ukrayna lideri Volodimir Zelenski 9 martda “The New York Time”s qəzetinə verdiyi açıqlamada Ukraynanın Yaxın Şərqdəki ABŞ bazalarını qorumaq üçün tutucu dronlar və dron mütəxəssisləri göndərdiyini bildirib.

 

Gununsesi.info