“Ukrayna istənilən an İranla diqlomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu “BBC Ukrayna”ya müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, yanvarın sonunda İranın hərbi zavodlarında baş verən partlayışların arxasında kimin dayandığını bilmir.
Kuleba qeyd edib ki, Ukrayna tarixdə İrana qarşı heç bir pislik etməyib: “Buna baxmayaraq, İran Ukraynaya qarşı təcavüzdə istifadə üçün Rusiyaya kamikadze-dronlar verməyə başladı”.
O bildirib ki, ölkə Prezidenti Volodimir Zelenskiyə İranla diqlomatik əlaqələrin kəsilməsinin nəzərdən keçirilməsi barədə təklif verib: “Bu barədə qərar İranın növbəti davranışından asılı olaraq istənilən an verilə bilər”.
Gununsesi.info