Ukrayna kəşfiyyatının eks-şefi dənizdən ölü tapıldı

  • By admin
  • 29 May 2021 17:05

Ukraynanın iki kəşfiyyat idarəsinin keçmiş rəisi Viktor Qvozd Misirdə ölüb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Liga.net” saytı yayıb.

Məlumata görə, o, Qırmızı dənizdə Dahab şəhəri yaxınlığında ölüb. 62 yaşlı general-leytenantın cəsədinin dənizə girdikdən bir müddət sonra aşkarlandığı bildirilib.

Qeyd edək ki, Qvozd 2008-2010-cu illər arasında Ukrayna hərbi kəşfiyyatına, 2014-2016-cı illərdə isə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Gununsesi.info