Futbol üzrə Ukrayna Premyer Liqasında mövsümün çempionu məlum olub.
Gununsesi.org xəbər verir ki, bu, “Şaxtyor” klubudur.
27-ci tur çərçivəsində “Aleksandriya”nı məğlub edən (3:2) Donetks təmsilçisi sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Şaxtyor” ən yaxın izləyicisi Kiyev “Dinamo”su ilə xal fərqini 19-a çatdırıb. Bir oyun az keçirən “Dinamo” son 6 matçda qələbə qazansa belə, “Şaxtyor”a çata bilmir.
“Şaxtyor” klub tarixində 13-cü dəfə Ukrayna Premyer Liqasının qalibi olub. Komandanın baş məşqçisi Luis Kastro isə 23 illik məşqçi karyerasında ilk dəfə titul qazanıb.
Gununsesi.org