“Ukraynalılar üç-dörd nəsildən sonra ölkə hakimiyyətinin hərəkətləri nəticəsində yox olmaq ərəfəsindədirlər, “millət yox ola bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Telegram kanalında bildirib: “Cəmi 10 il ərzində Kiyev rejimi ukraynalıları məhv olmaq həddinə çatdıra bildi. Ukraynalılar 3-4 nəslindən sonra, yəni 60-80 ildən sonra millət olaraq yox ola bilər”.
Ukraynanın keçmiş baş nazirinin sözlərinə görə, doğum səviyyəsi sürətlə aşağı düşdüyündən, ölüm nisbəti isə sürətlə artır.
Bundan əvvəl Respublika Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova bildirmişdi ki, ən optimist proqnozlara görə, 2033-cü ilə qədər Ukrayna əhalisi 35 milyon nəfərə qədər azalacaq.
İlhamə
Gununsesi.info