Ukrayna MN cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı: rus ordusu geri çəkilir

  • By admin
  • 01 Aprel 2022 09:38

Ukrayna Müdafiə Nazirliyi müharibənin 37-ci günü ilə bağlı operativ məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumata görə, Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır.

Onların talan edilmiş əmlakı da özləri ilə ölkədən çıxardığı qeyd edilir.

Həmçinin rus hərbçilərin dinc əhalinin təxliyəsinə maneə yaratdığı, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə etdiyi, vətəndaşları girov götürdükləri bildirilir.

Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir.

Ukrayna ordusu tərəfindən son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi və 10 PUA-sı məhv edilib.

Gununsesi.info