Ukrayna MN: “Sutka ərzində 170 rusiyalı hərbçi məhv edilib”

  • By admin
  • 26 Mart 2022 13:00

Ukrayna ordusu ötən sutka ərzində 170 Rusiya hərbçisini öldürüb.

Gununsesi.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ötən sutka ərzində həmçinin Ukrayna ordusu tərəfindən Rusiya Silahlı Qüvvələrinə məxsus səkkiz tankın, 17 zirehli və 11 avtomobil texnikasının məhv edildiyi bildirilib. Qeyd olunub ki, Ukrayna HHM sistemləri sutka ərzində Rusiyaya məxsus üç təyyarəni, üç pilotsuz uçuş aparatını, bir helikopteri məhv edib. Həmçinin hava hücumundan müdafiə sistemləri beş qanadlı raketi də zərərsizləşdirib.

Gununsesi.info