“Ukrayna mövzusu alver predmeti deyil” - BLİNKEN

  • By admin
  • 21 Yanvar 2022 18:32

“ABŞ müttəfiqləri ilə birlikdə Ukraynanın öz müqəddəratını həll etmək hüququnu müdafiə edəcək”.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, bununla bağlı hər hansı alver mümkün deyil. Çünki Ukrayna məsələsi birbaşa “fundamental prinsiplərə” toxunur.

Buraya “Ukrayna xalqının öz gələcəyini müəyyən etməsi ilə bağlı suveren hüquqları daxildir. Burada heç bir alverdən söhbət gedə bilməz”,-deyə dövlət katibi qeyd edib.

 

 

Gununsesi.info