“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibədə itkiləri 9 min nəfərdən çoxdur”.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, ölkənin müharibədə itkiləri düşmənin itkilərindən xeyli azdır və bu, Ukrayna Silahlı Qüvvələrinin bacarığının göstəricisidir.
“Bir neçə həftə əvvəl bu rəqəm təxminən 9 min idi. Təbii ki, bizdə Mariupol var, burada ölənlərin sayını tam bilmirik. Minlərlədir, amma yüz minlərlə yox… Onların itkilərinin sayı 50 mindən çoxdur, bizdə isə 9 minə yaxın, bəlkə bir az artıq olar”, – deyə Malyar bildirib.
Eyni zamanda, o vurğulayıb ki, bu, yalnız hərbçilərə aid rəqəmlərdir, çünki mülki şəxslər arasında ölümlərin sayının hesablanması ilə başqa bir idarə məşğul olur.
Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən etibarən Rusiya tərəfi 56 060 nəfər canlı qüvvə itirib.
Gununsesi.info