Ukrayna müharibəsi Belarus ərazisinə keçir? – Lukaşenko AÇIQLADI

  • By resul
  • 18 Sentyabr 2023 10:32

Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq, bu mümkün deyil.

Gununsesi.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu gün belaruslara müraciət edərək, Prezident və Ali Baş Komandan kimi sizi əmin etmək istəyirəm: biz döyüşmək istəmirik və döyüşməyəcəyik. Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq. Çünki bu, mümkün deyil”, – deyə o bildirib.

Eyni zamanda, Lukaşenko qeyd edib ki, lazım gələrsə, “biz torpağımızı son əsgərimizə və belarus insanına qədər müdafiə edəcəyik”.

Siyasətçi bir daha əmin edib ki, Belarus heç kimi təhdid etmir. “Biz heç kimi təhdid etmirik və heç vaxt heç kimi təhdid etməyəcəyik, bu bizim siyasətimiz deyil. Və obyektiv olaraq biz heç kimi təhdid edə bilmərik. Amma biz güclü və ya zəif olsaq da, özümüzü müdafiə etməyə borcluyuq. Bu, bizim tarixi rolumuzdur”, – deyə o bildirib.

Səid Əhmədli
Gununsesi.info