Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istəyirəm.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən yeddi müharibə bitirmişəm. İndi isə ən asan ola biləcək müharibəni… Bilirsiniz o hissi? Bir şeyi asan sanırsan, amma sonra görürsən ki, bir qədər çətindir… Bax, məhz Ukrayna-Rusiya müharibəsini ən asanlardan hesab edirdim – Putinlə, Ukrayna ilə münasibətlərimə və digər amillərə görə”, – Tramp bildirib.









