Ukrayna ölkə gözəlini seçdi, heç kəs bəyənmədi - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2019 15:28

Ukraynada 24 yaşlı Marqarita Paşa ölkə gözəli seçilib.

Gununsesi.org xəbər verir ki, Xarkov şəhərindən olan iştirakçı sosial şəbəkə izləyiciləri tərəfindən bəyənilməyib. Çoxları onun “dəhşətli göründüyünü” və bu seçimin uğursuz olduğunu yazıb.

HTML tutorial

M.Paşaya mükafat olaraq 400 min qriven təqdim edilib.

Qeyd edək ki, Marqarita Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsidir. O, idmanla və bədii gimnastika ilə məşğul olur.

Marqarita 2015-ci ildə də “Miss Ukrayna” müsabiqəsinə qatılsa da,  qalib olmamışdı. O, Ukraynanı “Miss World”, “Miss Earth”, “Miss International” müsabiqələrində təmsil edəcək.

 

 

 

Gununsesi.org