
“Biz G7 ölkələri və əsas tərəfdaşlarımızla ikitərəfli və çoxtərəfli sazişlər vasitəsilə genişləndiriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində razılaşdıq”.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ilk dəfə keçirilən Ukrayna-NATO Şurasının iclasından sonra deyib.
“Ukrayna nümayəndə heyəti Ukrayna üçün, ölkəmiz, xalqımız, uşaqlarımız üçün mühüm təhlükəsizlik qələbəsini evə aparır. Bu, bizim üçün yeni təhlükəsizlik imkanları açır”, – Zelenski əlavə edib.
Qeyd edək ki, NATO ilə Ukrayna arasında münasibətləri növbəti səviyyəyə çıxarmaq üçün yaradılan NATO-Ukrayna Şurası tarixində ilk dəfə toplanıb. Şuranın ilk iclası Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində dövlət və hökumət başçıları səviyyəsində baş tutub.