Ukrayna ön cəbhədə olanlara bu qədər pul verəcək

  • By admin
  • 11 Mart 2024 08:21

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski cəbhə xəttində olan hərbçilərə verilən ödənişlərin ikiqat artırılmasını təklif edib.

Gununsesi.info axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Ruslan Qorbenko deyib.

“Onlar 100 min qrivna yox, 200 min (5,2 min dollar – red.) döyüş müavinəti almaq istəyirlər. Bunu etmək olarmı? Bəli. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski prezidentə təklif etdi ki, hərbçiləri həvəsləndirmək üçün bu ödənişlər ikiqat artırılsın”, – o bildirib.

Parlamentari qeyd edib ki, bu cür indeksasiya üçün vəsaiti döyüşmək istəməyənləri Ukrayna Silahlı Qüvvələrinin sıralarından xaric etməklə tapmaq olar:

“Belə insanları orduda saxlamağın mənası yoxdur. Daha yaxşı olar ki, döyüşmək istəyənlərin ödənişləri ordudan azad olunanların pulları hesabına artırılsın”.

 

Gununsesi.info