Ukrayna ordusu 10 iranlı təlimatçını MƏHV EDİB

  • By admin
  • 21 Oktyabr 2022 20:30

Ukrayna Silahlı Qüvvələri 10 iranlı təlimatçını məhv edib.

Gununsesi.info “UNIAN”a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, onlar Rusiya hərbçilərinə “Shahed-136” kamikadze PUA-larından istifadə etməyi öyrədirmiş.

Qeyd olunur ki, təlimatçılar Nikolayev və Odessaya zərbələr də daxil olmaqla, Ukraynanın mülki hədəflərinə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət ediblər.

Gununsesi.info