Ukrayna ordusu BU ƏRAZİDƏ əks-hücuma keçdi

  • By admin
  • 14 Mart 2022 11:40

Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks-hücuma keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk Feysbuk səhifəsində məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks-hücuma keçdi! Bu istiqamətdə ukraynalı müdafiəçilərin aktiv hücum hərəkətləri nəticəsində düşmən Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib” –  Bratçuk bildirib.

Gununsesi.info