Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

  • By admin
  • 11 Mart 2024 08:19

Ukrayna ordusu kifayət qədər döyüş sursatı və şəxsi heyəti olduğu halda bütün cəbhə xətti boyunca hücuma keçə bilər.

Gununsesi.info axar.az-a istinadla xəbər verir ki, bunu “Aydar” batalyonunun keçmiş tağım komandiri Yevgeni Diki deyib.

Onun sözlərinə görə, Ukrayna bir ay, ya da ay yarımdan sonra cəbhədə fürsət pəncərəsi açacaq:

“Cəbhədə iki kritik problemimiz var idi: sursat və kadr çatışmazlığı. Ordumuzda iriçaplı sursat çox qıt idi. Bu problem artıq demək olar ki, həll olunub, çünki döyüş sursatları artıq cəbhəyə gedib. Və bunu artıq birbaşa cəbhədə müşahidə etmək olar. Artilleriya yenidən işə başladı və canlandı”.

 

Gununsesi.info