Ukrayna ordusu Krımda Rusiyanın desant gəmisini vurduqlarını açıqladı

  • By admin
  • 14 Fevral 2024 12:44

Ukrayna ordusu Krımda Rusiyanın “Sezar Kunikov” desant gəmisini məhv etdiklərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Telegram” kanalında məlumat yayılıb.

“Ukrayna Silahlı Qüvvələri Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi ilə birlikdə “Sezar Kunikov” adlı iri desant gəmisini məhv edib. Gəmi vurulan zaman Qara dənizdə, Alupka yaxınlığında Ukrayna sularında olub”, – deyə məlumatda qeyd edilib.

Ukraynalı deputat Oleksiy Qonçarenko hədəfə alınan gəminin Rusiya ordusunda xidmət etdiyini və 2008-ci ildə Gürcüstanda fəaliyyətə başladığını açıqlayıb.

Digər tərəfdən, Ukrayna rəsmiləri Rusiyanın ölkənin şərqindəki Donetsk bölgəsindəki Selydove qəsəbəsinə gecə boyu raket hücumu təşkil etdiyini, nəticədə 3 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını bildirib. Səlahiyyətlilər xəstəxanaya və bir neçə yaşayış binasına da ziyan dəydiyini qeyd ediblər.

Donetsk qubernatoru Vadim Filaşkin “Telegram”da yaydığı açıqlamada xəstəxananın bir qanadının zədələnməsindən sonra 100 xəstənin yaxınlıqdakı şəhərlərdəki xəstəxanalara təxliyyə edildiyini bildirib.

Gununsesi.info