Ukrayna ordusu Liman şəhərini və 5 yaşayış məntəqəsini azad etdi - VİDEO

Ukraynanın müdafiə qüvvələri Liman şəhərinə (Donetsk vilayəti) daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, düşmən mühasirəyə alınıb və bu şəhərin azad edilməsi Luqansk vilayəti istiqamətində irəliləməyə yol aça bilər.

Şərq qrupunun spikeri Serhiy Çerevy milli telemarafonun efirində döyüşlərin hələ də davam etdiyini bildirib:

“Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri artıq şəhərə daxil olub. Gördüyünüz məlumat və video doğrudur. Biz artıq Limandayıq, amma döyüşlər gedir. Təfərrüatlar daha sonra məlum olacaq”.

Həmçinin bu gün Ukrayna hərbçiləri Liman bölgəsində beş yaşayış məntəqəsinin – Yampil, Novoselivka, Şandriqolovo, Drobışevo və Stavkinin artıq azad edildiyini təsdiqləyiblər. Hazırda orada sabitləşmə tədbirləri həyata keçirilir.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Ukrayna hərbçilərinin şəhərin girişindəki stendin yanında bayraq qaldırması ilə bağlı video yayılıb.

Gununsesi.info